
Qusar rayonu, Qayakənd kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı taxtadan ibarət kotecin yanar konstruksiyaları yanıb.
Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər və meşə zolağı yanğından mühafizə olunub.
Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.