Gömrükdən gizli yolla 5 min dollar keçirmək istədi
Bizi izləyin

Hadisə

Gömrükdən gizli yolla 5 min dollar keçirmək istədi

Azərbaycan gömrük xidməti əməkdaşları Türkiyə vətəndaşında 5 000 ABŞ dollar aşkar edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selami gömrük nəzarətindən keçərkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o, müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlamaya dəvət olunub.

D. Selaminin üzərində yoxlama aparılarkən cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və elektron formada bəyan olunmayan hər biri 100 ABŞ dollar nominalında 50 ədəd pul əskinasları, cəmi 5 000 dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm