11 yaşlı məktəblinin intiharının TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

11 yaşlı məktəblinin intiharının TƏFƏRRÜATI

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 5-ci sinif şagirdi Sabir Nurinin psixoloji problemləri olub.

Sabir Nuri ailənin tək övladı olub. Onun əvvəldən psixoloji problemləri olub. Bu problemlərinə görə müalicə olunurmuş. Səhhətindəki problem onun dərsə davamiyyətinə müəyyən qədər təsir etsə də, təhsilini davam etdirirdi. Dünən günorta saatlarında isə o, yaşadığı evin həyətindəki ağacdan özünü asıb. Anası oğlunu həyətdə asılmış vəziyyətdə tapıb.

Qeyd edək ki, Sabir Nurinin atası onun oxuduğu məktəbdə müəllim işləyir.

Gülxar

***

Cəlilabad rayonunun Gülməmmədli kəndində intihar hadisəsi baş verib.

Kənd sakini 11 yaşlı Sabir Nuriözünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm