Yoxa çıxan şagirdlərin oxuduğu məktəbin direktoru DANIŞDI - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Yoxa çıxan şagirdlərin oxuduğu məktəbin direktoru DANIŞDI - FOTO (YENİLƏNİB)

Fevralın 17-də Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird - Şamil Babayev və İsmayıl Şəfiyevin təhsil aldıqları orta məktəbin direktoru hadisə barədə danışıb.

Trend-ə açıqlama verən Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib.

Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib: "Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qeyd ediblər".

Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

***

Bakıda iki məktəbli itib.

AzNews.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Şamil Babayev və İsmayıl Səfiyev adlı məktəblilərin 11 yaşı var. 32 nömrəli məktəbdə təhsil alan oğlanlar sinif yoldaşıdırlar.

Bildirilir ki, uşaqlar fevralın 17-də məktəbdən çıxıblar (Nizami rayonu, "Qara Qarayev" metro stansiyası yaxınlığında) və evə qayıtmayıblar.

Şamilin anası Yekaterina Doroşenkonun sözlərinə görə, şahidlər oğlanları sonuncu dəfə "Neftçilər" metro stansiyası yaxınlığında özlərindən böyük iki oğlanla birlikdə görüblər.


Şamil göy şalvar, qara gödəkçə və ağ idman ayaqqabıları geyinib. İsmayıl isə göy şalvar, göy qolları olan tünd qırmızı gödəkçə və qəhvəyi ayaqqabılar geyinib.


“Biz polisə müraciət etmişik. Hazırda nəzarət kameralarından olan görüntülərə baxırıq”, - deyə İsmayılın anası Viktoriya Səfiyeva bildirib.


Oğlanları görən və ya onların harada olması barədə məlumatı olan hər kəsdən bu nömrələrə zəng vurmaları xahiş olunur:


(050) 527-11-80 Yekaterina Doroşenko, Şamil Babayevin anası
(055) 935-82-60 Viktoriya Səfiyeva, İsmayıl Səfiyevin anası

Oxumağa davam et
Reklam
Reklam

Gündəm