Prokuror qardaşını doğrayan bacıya 10 il iş istədi
Bizi izləyin

Hadisə

Prokuror qardaşını doğrayan bacıya 10 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror Alyona Baxışovanın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi fevralın 25-nə təyin edilib və növbəti prosesdə təqsirləndirilən şəxs son söz deyəcək.

Qeyd edək ki, qətl keçən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, A.Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vuraraq öldürüb. Daha sonra onun qollarını, ayaqlarını kəsərək meyiti həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq meyiti həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm