
Fevralın 17-də itkin düşən 11 yaşlı İsmayıl Şəfiyev və Şamil Babayev tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, uşaqlar
hazırda valideynlərinə təhvil verilir.
Qeyd edək ki, hər ikisi Nizami rayon 32 saylı məktəbin
şagirdləridir. Onlar dərsdən çıxıb bir daha evə qayıtmayıblar.
Uşaqların son dəfə metronun "Neftçilər" stansiyasında göründüyü
bildirilmişdi.
19:50
Polisin uşaqlarla apardığı söhbətdən məlum olub ki, onlar gecəni Hovsan qəsəbəsindəki bir daxmada keçiriblər. Özlərinə kolbasa, çörək alaraq daxmada yeyib, qaladıqları ocağın ətrafında yatıblar. Səhər isə uşaqlardan birinin Hövsan qəsəbəsində yaşayan nənəsinin evinə gediblər.
18:47
Hazırda uşaqlar Nizami rayon Polis İdatrəsinə gətirilir. Bu barədə Publika.az-a Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildirilib. İdarədən açıqlanıb ki, uşaqlar dindirildikdən sonra onların hansı şəraitdə yoxa çıxmaları da məlum olacaq. Dindirilmə prosesi başa çatdıqdan sonra valideynlərinə təhvil veriləcək.
Rübabə