Bakı-Sumqayıt yolu yenə çökdü - VİDEO
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolu yenə çökdü - VİDEO

Bakı-Sumqayıt şosesinin Beynəlxalq Avtovağzal kompleksinə yaxın hissəsində yol yenidən çöküb. Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb. Yolun bir hissəsinin deformasiyaya uğraması nəticəsində qəza şəraiti yaranıb.

Musavat.com-un müxbiri bu gün həmin ərziyə baş çəkərək, yoldakı vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, bir neçə ay öncə baş verən sürüşmə nəticəsində bu yolda çat yaranmış və ərazidə təmir-bərkitmə işləri aparılmışdı. Lakin hazırda yolun bir hissəsi yenidən təxminən 10 santimetr qalınlığında çöküb və çatın uzunluğu 10 metrə çatıb.

Yolun kənarı, əvvəllər sərnişin dayanacağı olan hissə təmir işləri ilə bağlı hasara alınsa da, orada da çatlar dərinləşir.

Çökmənin qarşısını almaq üçün tikilən beton sədd də sürüşmənin təsiri ilə qabarıb və əyilib. İntensiv yağışlar yağsa, sürüşmə aktivləşsə, bu səddin uçacağı da istisna deyil.

Onu da qeyd edək ki, yolun əsas qəzalı hissəsinə yaxın başqa ərazidə də yeni çatlar yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm