Elçin Behbudovun qardaşı 8 minlik dələduzluqda ittiham olunur (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Elçin Behbudovun qardaşı 8 minlik dələduzluqda ittiham olunur (YENİLƏNİB)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı Eldar Behbudov barəsində iki vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib.

"Report"un əldə etdiyi məlumata görə, Eldar Behbudov həmin vətəndaşlardan ayrı-ayrı vaxtlarda ümumilikdə 8 min manat (3 min və 5 min manat) pul alıb.

Lakin sonradan o, həmin şəxslərin pullarını geri qaytarmayıb. Eldar Behbudov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Eldar Behbudovun bacısı bildirib ki, qardaşı Yasamal Rayon Polis İdarəsinə çağırılıb: "Bu gün qardaşımla danışdım. O, mənə dedi ki, Yasamal Rayon Polis İdarəsinin rəisi məni idarəyə çağırıb. Rəis qardaşımın tanışı olduğu üçün onunla görüşmək məqsədilə idarəyə çağırıb. Lakin Eldar Behbudovun həbs olunması yalandır. O, hazırda polis idarəsindədir".

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci il noyabr ayının 13-də vəfat edib.

***

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin keçmiş sədri Elçin Behbudovun qardaşı saxlanılıb.

Eldar Behbudov qatarda bələdçi işləyib. O, özünü polis əməkdaşı kimi təqdim edərək müəyyən məbləğ müqabilində insanları işə düzəldəcəyinə dair təminat verirmiş. Hadisə bir neçə dəfə təkrar olunduğundan hüquq-mühafizə orqanları onun izinə düşüb.

Yaxınlarının verdiyi məlumata görə, E.Behbudov Yasamal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda istintaq tədbirləri həyata keçirilir. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm