
Goranboyda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata
görə, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 840
kv.m olan birmərtəbəli 9 otaqdan ibarət tikilinin 1 otağının tavanı
12 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 13 km aralı)
vətəndaşa məxsus 300 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 4
otağının yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü
yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:09-da
söndürülüb.