Tərtərdə ağır qəza - FOTO
Bizi izləyin

Hadisə

Tərtərdə ağır qəza - FOTO

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı "VAZ 21099" markalı avtomobilin sürcüsü və sərnişini ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm