İkiqat Azərbaycan çempionunu öldürən şəxs tutuldu - FOTO - (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

İkiqat Azərbaycan çempionunu öldürən şəxs tutuldu - FOTO - (YENİLƏNİB)

Fevralın 20-də Gəncədə odlu silahla qətl törədən şəxs saxlanılıb. APA-nın məlumatına görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub. O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

15:00

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov qətlə yetirilib.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

05:42

Gəncədə qətl törədilib.

Fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Məlumata görə, odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur.

Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm