Bakıda tikilən binadan düşən dəmir parçası can aldı - VİDEO/FOTO
Bizi izləyin

Hadisə

Bakıda tikilən binadan düşən dəmir parçası can aldı - VİDEO/FOTO

Paytaxtın Səbail rayonu Parlament prospekti 9 ünvanında “Bakıinşaat Qrup MMC”-nin apardığı təmir zamanı bədbəxt hadisə baş verib.

ANS TV-nin məlumatına görə, tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkət zamanı piyadaların üzərinə iri bir dəmir parçası aşıb. Nəticədə 1941-ci təvüllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər piyada isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisənin dəqiq təfərüatlarını öyrənmək mümkün olmayıb. Belə ki, mərhumun yaxınları buna mane olaraq, ANS TV-nin çəkiliş qrupuna zor tətbiq edib.

Əraziyə prokurorluq, o cümlədən Səbail rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Meyit məhkəmə tibbi ekspertizasına aparılıb. Dəmir parçaları maddi sübut kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən götürülüb.

Səbail rayon prokurorluğundan verilən məlumata görə, hadisənin baş verməsinin dəqiq səbəbləri haqqında məlumat araşdırmalardan sonra veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm