Mingəçevirdə nazirlik şöbəsinə SİLAHLI HÜCUM
Bizi izləyin

Hadisə

Mingəçevirdə nazirlik şöbəsinə SİLAHLI HÜCUM

Mingəçevir şəhər Əmək və əhalinin sosial müdafiəsi şöbəsinə silahlı basqın olub.

“Report”un xəbərinə görə, şöbənin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına bir nəfər əlində bıçaqla daxil olaraq onu hədələyib və pul tələb edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və əlində bıçaq olan şəxs tutulub.

Qeyd edək ki, əlində bıçaqla şöbəyə gələn şəxs qadındır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm