• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Bir gündə dörd yanğın

  • Hadisə
  • 23 Fevral 2016 05:12
  • 519 Baxış
Bir gündə dörd yanğın

Şəmkir və Xaçmaz rayonlarında yanğın hadisələri qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m və dam örtüyü 20 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Ağstafa rayonu, Qaçaq Kərəm kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan taxtadan ibarət yardımçı tikilinin dam örtüyü 4 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Xəbər lenti

DAHA ÇOX XƏBƏR