Sərhəd Qoşunlarının əsgəri Bakıda cinayətin qarşısını aldı
Bizi izləyin

Hadisə

Sərhəd Qoşunlarının əsgəri Bakıda cinayətin qarşısını aldı

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakı şəhərində cinayət hadisəsinin qarşısı alınıb.

Publika.az DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, 20 fevral 2016-cı il tarixdə saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə edib.

Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən qaçıb. Baş çavuş S.Əlbəndəyev həmin şəxsi təqib edərək yaxalayıb və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm