Oğru özünü mağazanın damından atdı
Bizi izləyin

Hadisə

Oğru özünü mağazanın damından atdı

Tovuz rayonunda özünü mağazanın damından atan şəxs xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Cırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Niftəliyev sağ bud nahiyəsinin sınığı xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, C. Niftəliyev ötən gecə oğurluq məqsədilə rayondakı mağazalardan birinin dam örtüyündən tikiliyə keçmək istəyərkən yaxalandığını görüb və özünü oradan yerə atıb.

Nəticədə xəsarət alan C. Niftəliyevi polis əməkdaşları xəstəxanaya aparıblar.

Hazırda Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm