40 min qaçaqmal siqaret tutuldu
Bizi izləyin

Hadisə

40 min qaçaqmal siqaret tutuldu

Aksiz markası olmayan 40000 ədəd siqaret aşkar edilərək götürülüb.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20 DR 224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40000 ədəd siqaret aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm