Tanınmış vəkil İnterpol xətti ilə axtarışa verilib
Bizi izləyin

Hadisə

Tanınmış vəkil İnterpol xətti ilə axtarışa verilib

Azərbaycanın tanınmış vəkili axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1960-cı il təvəllüdlü Rəna Həsənli dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, R. Həsənli vəkillik fəaliyyəti ilə məşğul olub. O, həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını da müdafiə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm