GUAM-ın baş katibi Gürcüstanda bir sıra görüşlər keçirib
Bizi izləyin

Hadisə

GUAM-ın baş katibi Gürcüstanda bir sıra görüşlər keçirib

GUAM –ın Baş katibi, səfir Altay Əfəndiyev Tbilisiyə səfərə gəlib.

Altay Əfəndiyev AZƏRTAC-a müsahibəsində deyib ki, səfər əsasən tanışlıq məqsədi daşıyır. Bununla yanaşı, təşkilatın daha da inkişafı və inteqrasiyası ilə bağlı Gürcüstan tərəfinin fikirlərini öyrənməkdir. Gürcüstan Parlamentində və Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə GUAM çərçivəsində əməkdaşlığın perspektivləri, nəzərdə tutulmuş enerji, nəqliyyat, mədəniyyət və azad ticarət dövriyyəsinin yaradılması ilə bağlı layihələrin reallaşdırılması məsələləri də müzakirə olunub.

Səfir Gürcüstanın GUAM daxilindəki rolunu xüsusi qeyd edib və bildirib ki, rəsmi Tbilisi bir neçə vacib layihənin reallaşdırılması və tədbirlərin keçirilməsi ilə bağlı konkret təkliflər irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm