Gəncədə tələbə bıçaqlanıb
Bizi izləyin

Hadisə

Gəncədə tələbə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Samir Mahmudov sifətin, sol saytın və döş qəfəsinin daxilə keçməyən kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti normal qiymətləndirilir. S. Mahmudov Azərbaycan Texnologiya Universitetinin tələbəsidir. Məlumata görə о, kirayə qaldığı ərazidə bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm