• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Yeznə qayını bıçaqladı

  • Hadisə
  • 26 Fevral 2016 09:18
  • 537 Baxış
Yeznə qayını bıçaqladı

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi Qırxçıraq kəndində qeydə alınıb.

Gecə saatlarında Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü Dadaşov Alıkişi Elçin oğlu böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib.

A.Dadaşovun yeznəsi tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR