• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

İTV-nin itkin düşən əməkdaşının meyiti tapıldı

  • Hadisə
  • 26 Fevral 2016 21:03
  • 1 825 Baxış
İTV-nin itkin düşən əməkdaşının meyiti tapıldı

Keçən ayın sonlarında itkin düşmüş İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Dənizdə olan külək onu sahilə çıxarıb. Meyit ekspertiza aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev yanvarın 25-i səhər saat 08.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. 42 yaşlı Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR