İTV-nin əməkdaşı intihar edib
Bizi izləyin

Hadisə

İTV-nin əməkdaşı intihar edib

İTV-nin yanvarın 23-dən itkin düşən və meyiti ötən gün Xəzər dənizindən tapılan əməkdaşı Əliyev Rəşad Fikrət oğlunun intihar etdiyi məlum olub. Hüquq-mühafizə orqanlarından Musavat.com-a verilən məlumata görə Rəşad Əliyevin üzərində heç bir zorakılıq əlaməti və xəsarət aşkarlanmayıb.

İlkin məlumata görə, Rəşad Əliyevin ailəsində problemləri olub. Onun bu üzdən intihar etdiyi ehtimal olunur.

Hazırda Rəşad Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsindədir. Meyit ailəsinə bu gün təhvil veriləcək.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm