FHN göldən iki nəfəri xilas etdi
Bizi izləyin

Hadisə

FHN göldən iki nəfəri xilas etdi

Göldə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 8 km aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin taxtanın üstündə gölün ortasında qalması və sahilə çıxa bilməməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm