
İmişlidə bir nəfərin ölümü ilə
nəticələnən yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, İmişli-Kürədmir
avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun
toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü
Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il
təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü
Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar
xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.