Ailə üzvlərini itirən qadın intihar etdi
Bizi izləyin

Hadisə

Ailə üzvlərini itirən qadın intihar etdi

Lənkəran rayonunun Parakənd kənd sakini 47 yaşlı Dəmirova Sevda Hacıbala qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Report xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, uzun müddətdir depressiv vəziyyətdə olan Sevda Dəmirova bundan əvvəl də intihara cəhd edib. Ötən ilin oktyabrında o, özünü dənizə ataraq öldürmək istəyib. Lakin ətrafdakıların yardımı ilə onu boğulmaqdan xilas etmək mümkün olub. S.Dəmirova bir müddət Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb. Bundan sonra ailə üzvlərinin diqqəti hər zaman onun üzərində olub.

Buna baxmayaraq, diqqətdən yayınan qadın otaqda qısa müddətdə tək olmasından istifadə edərək, üzərində gizlətdiyi ipək yaylıqla özünü asıb.

Kənd sakinlərinin bildirdiyinə görə, Sevda Dəmirova normal insan olub, kənddə ibtidai sinif müəlliməsi işləyib. Bir neçə il əvvəl ailəsini itirəndən sonra ata evinə qayıdıb. Valideynlərinin hər ikisi dünyasını dəyişəndən sonra depressiv vəziyyətə düşüb. Ərizə yazaraq işdən çıxıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm