Yanaraq öldükləri bildirilən ər-arvadla bağlı dəhşətli FAKTLAR - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Yanaraq öldükləri bildirilən ər-arvadla bağlı dəhşətli FAKTLAR - TƏFƏRRÜAT

Tovuzda tikilidə baş verən yanğın zamanı ərlə arvadın ölümü ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Publika.az “Kəpəz” TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda çörək bişirilən yardımçı tikilidə baş verən yanğın zamanı ər və arvadın ölümü ilə bağlı başqa mətləblər ortaya çıxıb. İlkin olaraq onlardan hər ikisinin yanaraq dünyasını dəyişdiyi ehtimal edilsə də, polisin sonrakı araşdırması ilə müəyyən faktlar aşkar edilib.

Hadisə dünən rayonun Qovlar qəsəbəsinin İntizam Alıyev küçəsində olub. Yaşayış evinin yaxınlığında çörək bişirilən yardımçı tikilidə 54 yaşlı Novruz Hüseynov və onun həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanın yanmış cəsədləri aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirərkən oradan qan izləri aşkarlayıblar. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə göndərilib. Araşdırma göstərib ki, ruhi xəstə olan Novruz Hüseynov yanğında dünyasını dəyişib, onun həyat yoldaşı isə bu hadisədən öncə öldürülüb. Oğlu Turanı atası iş dalınca göndəribmiş, o geri qayıdanda meyitləri yanmış halda aşkarlayıb.

APA-nın Tovuz rayonunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə isə 54 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı, 47 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra cəsədini həyətdəki yardımçı tikiliyə aparıb. Orada qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ailənin iki oğlu, bir qızı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm