37 yaşlı qadın özünü öldürmək istədi
Bizi izləyin

Hadisə

37 yaşlı qadın özünü öldürmək istədi

Bərdə rayonunun Xanərəb kəndində qadın kimyəvi maddə içərək intihara cəhd edib. "Report" xəbər verir ki, 37 yaşlı yerli sakin R. H kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə olunan maddəni qəbul edərək özünə qəsd etmək istəyib.

Yaxınları hadisədən dərhal xəbər tutub. Qadın xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı rayon Polis şöbəsində araşdırma aparılır. Bir gün əvvəl isə Azərbaycanda iki qadın özünü öldürmüşdü. Zaqatala rayonun Mazıx kənd sakini 50 yaşlı 2 uşaq anası və Lənkəran rayonunun Parakənd kəndində 47 yaşlı müəllimə. Hər iki qadın özünü asaraq intihar etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm