Hadisə
Baş həkim barəsində cinayət işi açıldı
Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə dispanser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO