Məktəbdə şagirdlərin saçının zorla kəsilməsi məsələsi araşdırılır - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Məktəbdə şagirdlərin saçının zorla kəsilməsi məsələsi araşdırılır - VİDEO (YENİLƏNİB)

“3 gün əvvəl bütün şagirdlərə saçlarını eyni qaydada kəsdirmələri ilə bağlı xəbərdarlıq edilib. Şagirdlər arasında bu tələbə əməl etməyənlər olub. Həmin uşaqlar saçlarını eyni qaydada kəsdirmələri üçün məcbur edilib. Lakin uşaqların saçını müəllimin kəsməsi doğru deyil”.

Bunu Publika.az-a açıqlamasında Tovuz rayon Cəlili kənd orta məktəbinin direktoru Abbasəli Qasımov məktəbdə şagirdlərin saçının direktor müavini Zeynəb Həsənova tərəfindən kəsilməsinə münasibət bildirərkən deyib.

Direktor bildirib ki, məktəbin bu tələbindən narazı qalan valideynlər də mətbuata, televiziyalara şikayət ediblər.

“Həmin valideynlər məktəbə çağrılıb, şagirdlərlə təkrar söhbət aparılıb. Hadisə isə bağlı araşdırma aparılır, hələ ki, tam yekun nəticəyə gəlməmişik. Əgər uşaqların saçını həqiqətən müəllimənin kəsdiyi təsdiqlənsə, o cəzalandırılacaq. Təhsil Şöbəsinin əməkdaşları da məktəbdə idilər, onlar da araşdırma aparıblar. Yekun rəy veriləcək”.

Direktor bildirib ki, son vaxtlar məktəbin oğlan şagirdləri arasında müxtəlif saç düzümləri dəbdədir.

“Hərəsi başının ortasında müxtəlif formalar yaradır. Bura məktəbdir, hər kəsin saç düzümü eyni qaydada olmalıdır. Bizim də tələbimiz budur ki, hər kəs eyni saç formasında olsun. Kimi bunu düzgün başa düşüb, kimi isə yox. Uşaqlarla danışmışam, onların bəzisi özləri saçını kəsib. Uşaqların kamera qarşısında dedikləri ilə, sonradan dedikləri üst-üstə düşmür”.

Baş vermiş hadisə ilə bağlı məktəbdə izahat yazan valideyn Rövşən Nağıyev dəfələrlə məktəb rəhbərliyi tərəfindən uşağının saçının kəsilməsi ilə bağlı xəbərdarlıq aldığını deyir:

“Amma uşaqlarımız buna əməl etməyib. Hesab edirəm ki, bu məsələdə müəllimənin günahı yoxdur. Uşaqların saç düzümümün hamısı bir qaydada olmalıdır. Mənim oğlumun saçını müəllimə kəsməyib, özü bərbərdə kəsdirib, uşaqların təsirinə düşüb müəllimənin saçını kəsdiyi ifadəsini verib”.

***

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Bir qrup valideyn məktəbdə müəllimin şagirdlərin saçını zorla qırxdığını iddia edib.

Valideynlər müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər.

Kamera qarşısına keçmək istəməyən valideynlər bildirblər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb.

Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb. (Region TV)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm