Hadisə
Gömrükdə növbəti siqaret əməliyyatı - FOTOLAR
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsi cəhdlərinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat məlumatına əsasən həyata keçirilən tədbir nəticəsində Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun qarşısında duran “VAZ 21099” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin salonundan Belarusun aksiz markası ilə markalanan cəmi 39 min ədəd “NZ Gold Compact”, “NZ Black Compact” və “NZ Sun” adlı siqaret aşkar olunaraq götürülüb.
Digər əməliyyat məlumatı əsasında isə Xaçmaz şəhərindəki “Şahzadə” şadlıq sarayının qarşısında duran və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 2102” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı isə avtomaşının yük yerindəki 3 ədəd çantadan Belarusun aksiz markası ilə markalanan 60 min ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib.
Bundan başqa, Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi “VAZ 21099” markalı nəqliyyat vasitəsinə baxış nəticəsində avtomaşının qapılarında üzlüyün altında gizlədilmiş 18 min 200 ədəd “NZ Gold Compact” markalı siqaret, eləcə də 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom