Hacıqabulda bədbəxt hadisə
Bizi izləyin

Hadisə

Hacıqabulda bədbəxt hadisə

Hacıqabul sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan rayonunda qeydə alınıb. Hacıqabul rayonun Udulu kənd sakini, 1972-ci il təvəllüdlü Mübariz Eyyub oğlu Abbasov özünə məxsus “Kamaz” markalı yük maşının təkərinə hava vurarkən yaranan təzyiqdən şinin kənarında olan dəmir parçası onun başına dəyib. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm