Füzulidə evə top mərmisi düşdü, dinc sakin yaralandı
Bizi izləyin

Hadisə

Füzulidə evə top mərmisi düşdü, dinc sakin yaralandı

Erməni silahlı bölmələrinin dinc sakinlərin yaşadığı əraziləri atəşə tutması nəticəsində daha bir nəfər yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Füzuli rayonunun Alxanlı kəndində qeydə alınıb. Ermənilərin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimov yaşadığı evin həyətinə düşüb.

Nəticədə, ev sahibi xəsarət alıb.

Füzuli rayon Diaqnostika Mərkəzindən APA-ya verilən xəbərə görə, E. Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm