Erməni mərmisi İranda evi uçurdu
Bizi izləyin

Hadisə

Erməni mərmisi İranda evi uçurdu

İranın Şərqi Azərbaycan əyalətində bazar ertəsi günü Ermənistan tərəfindən atılan minomyot mərmisi evi uçurub.

Trend-in İSNA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu əyalətin general-qubernatorunun müavini Səid Şəbistari Xiyabani deyib.

Onun sözlərinə görə, mərminin erməni tərəfinə aid olduğu İran ekspertlərinin araşdırmalardan sonra müəyyən edilib.

Qeyd olunur ki, İran XİN-i bu məsələni erməni tərəfi ilə müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm