Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşdü
Bizi izləyin

Hadisə

Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşdü

Ermənilərin atdığı mərmilərdən biri Ağdam rayonu, Əfətli kənd icra nümayəndəliyinə düşüb.

Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır atıcı silahlardan və uzaq atan toplardan atəşə tutması nəticəsində Ağdam rayon kənd icra nümayəndəliyinə "Qrad" mərmisi düşüb.

"Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binaya xeyli ziyan dəyib", - Rayon İcra Hakimiyyətindən bildirilib. (“Report”)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm