Ermənilər cəbhə xəttindəki məktəbə atəş açdı
Bizi izləyin

Hadisə

Ermənilər cəbhə xəttindəki məktəbə atəş açdı

Ermənilər təmas xəttinə yaxın yerləşən orta məktəbə atəş açıb.

Report-un məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Ağdam rayonunun Qaradağlı ərazi icra nümayəndəliyinin tərkibində olan Rzalar kənd orta məktəbinin binasına mərmi düşüb.

Ağdam Rayon İcra Hakimiyyətindən (RİH) "Report"a bildirilib ki, mərminin hansı silah və ya döyüş texnikası növünə aid olduğu dəqiq bilinmir:

"Partlayış nəticəsində binanın dam örtüyü və sinif otaqlarına xeyli ziyan dəyib. Cəbhə xəttində yaranan son hadisələrlə bağlı olaraq Ağdam RİH və Təhsil Nazirliyinin (TN) göstərişinə əsasən həmin məktəbin şagirdləri qonşu kəndin məktəbində dərslərini davam etdirdiyindən xəsarət alan olmayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm