• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qohumu 33 yaşlı qadını qətlə yetirdi

  • Hadisə
  • 6 Aprel 2016 04:45
  • 781 Baxış
Qohumu 33 yaşlı qadını qətlə yetirdi

Beyləqan rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, İmamverdilər kənd sakini 1977-ci il təvəllüdlü Həsənalı Quliyev kənd mədəniyyət klubuna gəlib və orada işləyən həmkəndlisi 1983-cü il təvəllüdlü Validə Tağıyeva ilə mübahisə edib.

Daha sonra münaqişə qızışıb və 39 yaşlı kişi mübahisə zəminində həmkəndlisinə bıçaqla xəsarət yetirib. V.Tağıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətli törədən H.Quliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub. Qətli törədən şəxslə onun öldürdüyü 33 yaşlı qadın qohum olub. Qətlin hələlik hansı səbəbdən törədildiyi bilinmir.

Beyləqanda həmçinin fevral ayının 16-da qətl hadisəsi baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovla kənddən bir az aralıda yerləşən pay torpaqlarına gedib.

Bir müddət sonra isə Z. İsgəndərov özündən yaşca kiçik qardaşına zəng vuraraq 6 yaşlı oğlunun boğazını kəsdiyini bildirib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb.

Məsələdən telefon vasitəsilə xəbər alan əmi və ailə üzvləri dərhal torpaq sahəsinə gedib. Onlar 6 yaşlı uşağın meyitini görüblər. Kənd sakinləri qətli törədən şəxsin psixoloji problemlərinin olmadığını, ancaq içki aludəçisi olduğunu bildirmişdilər.

Qətlə yetirilən uşaq kənd orta məktəbinin 1-ci sinif şagirdi olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən ata yaxalanıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>