Sumqayıt şəhidlərini belə qarşıladı - VİDEO
Bizi izləyin

Hadisə

Sumqayıt şəhidlərini belə qarşıladı - VİDEO

Cəbhədə gedən döyüşlərdə şəhid olan polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Məmmədov Murad Vaqif oğlu ötən gün Sumqayıtda son mənzilə yola salınıblar.

Axar.az xəbər verir ki, minlərlə şəhər sakini şəhidlərin cənazəsini qarşılamaq üçün küçələrə axışıblar.

Bütün Sumqayıt gəncləri əllərində bayraqla şəhidlərin qarşılanması və son mənzilə yola salınmasında iştirak ediblər.

Gənclər "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər.

Şəhidlərin son mənzilə yola salınması mərasimində Sumqayıt şəhərinin İcra başçısı Zakir Fərəcov, millət vəkilləri və ictimaiyyət nümayədələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm