Bakıda 71 yaşlı kişi 81 yaşlı bacısını öldürdü (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda 71 yaşlı kişi 81 yaşlı bacısını öldürdü (YENİLƏNİB)

Bakıda qətl hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə səkini 1945-ci il təvəllüdlü Ceyhun Hüseyn oğlu Qulamov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1935-ci il təvəllüdlü Arifə Hüseyn qızı Qulamovaya baş nahiyəsindən küt alətlə vurub. 81 yaşlı qadın aldığı xəsarətdən dünyasını dəyişib.

Bacısının öldüyünü görən 71 yaşlı kişi daha sonra hər iki biləyini kəsərək özünə xəsarət yetirib. Özünə qəsd etmək istəyən şəxs dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. C.Qulamov hazırda polis nəzarətindədir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin dəqiq başvermə səbəbləri hələlik bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm