Hadisə
Bakıya satış üçün at əti gətirənlər saxlanıldı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları Süleymanov Faiq Qərib oğluna məxsus avtomobildə mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın heyvan cəmdəkləri aşkarlayıblar.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cəmdəklərin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasının ekspertizası na əsasən yoxlanılan 17 (on yeddi) nümunə heyvan ətinin hamısının at əti olması müəyyən edilib. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə 17(on yeddi) nümunə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Həmçinin ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyənləşdirilib.
Ətin qida üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq, onların zərərsizləşdirilməsinə dair qərar verilib.
Qərara uyğun olaraq, heyvan cəmdəkləri aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər mütəmadi olaraq davam etdiriləcək. İnsanların sağlamlığına təhlükə yaradan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı heç kəsə güzəşt edilmədən alınacaq. Belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər isə inzibati qaydada cəzalandırılacaqlar.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia