Xaçmazda sakin özünü ov tüfəngi ilə vurdu
Bizi izləyin

Hadisə

Xaçmazda sakin özünü ov tüfəngi ilə vurdu

Bu gün axşam saatlarında Xaçmaz şəhərində intihar hadisəsi qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz şəhərinin Atatürk-78 ünvanında yaşayan, 38 yaşlı Valeh Azadxan oglu Babayev təklülə ov tüfəngi ilə özünü gülləyib.

O, hadisə yerində keçinib. Xaçmaz Prokurorluğundan aldığımız məlumata görə, mərhum Valeh Babayev 4 ay əvvəl qeyri-rəsmi olaraq həyat yoldaşından ayrılıb.

Həyat yoldaşı 2 qızı ilə Bakıda yaşayır. Bu səbəbdən son günlər Valeh Babayevdə psixi durğunluq yaranıb, ailə probleminə dözə bilmədiyindən intihar yolunu seçib.

Hətta Valeh Babayev bu barədə yaxınlarına xəbərdarlıq da edibmiş. Verilən məlumata görə, hadisə yeri müayinə olunub, meyid tibbi ekspertizadan keçirilmək üçün Məhkəmə Tibb Ekpertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə gətirilib.

Xaçmaz Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırmalara start verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm