
Türkiyənin İzmit şəhərində bir avtoparkda aparılan qazıntı işləri təxminən 2 min illik tarixi üzə çıxarıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tarixi tapıntı Roma imperiyası dövrünə aid başsız qadın heykəlidir.
Qadın heykəli təxminən 5 metr dərinlikdə olub. Araşdırmaların davam etdirilməsi üçün əraziyə İzmit Arxeologiya və Etnoqrafiya Muzeyindən arxeoloqlar göndərilib. İki metr uzunluğundakı qadın heykəli muzeyə aparılıb.