Avtobus qucağında uşaq olan qadını vurdu - BAKIDA
Bizi izləyin

Hadisə

Avtobus qucağında uşaq olan qadını vurdu - BAKIDA

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumatına görə, aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm