• USD 1,7000 0,00% EUR 1,9960 -0,04%
    • GBP 2,2275 +0,18% RUB 0,0258 +0,78%

ANAMA 12 mina zərərsizləşdirdi

  • Hadisə
  • 12 Aprel 2016 04:10
  • 570 Baxış
ANAMA 12 mina zərərsizləşdirdi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentlik (ANAMA) tərəfindən 7-11 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında 121 ev və həyətyanı sahəyə baxış keçirilib, 12 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA-dan verilən məlumata görə, bu barədə 7-11 aprel 2016-cı il tarixlərində Agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda bildirilir.

Tərtər rayonu

Qapanlı kəndi - 42 ev və həyətyanı sahəyə baxış keçirilib. 2 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisi və 4 ədəd 120 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Həmin sursatların ətrafinda 5 400 kv.m ərazi yerüstü yoxlanılıb və heç bir təhlükəli sursat aşkar edilməyib.

Qarağacı kəndi - 10 ev və həyətyanı sahəyə baxış keçirilib və sursatların tam partladılmış olması müəyyən edilib.

Ümumilikdə, Tərtərin Qapanlı və Qarağacı kəndlərində 07-11 aprel 2016-cı il tarixlərində 7 ədəd PHS götürülərək zərərsizləşdirilib.

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi - 1 evin həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub. Ərazidə 1000 kv.m sahə yerüstü yoxlanılıb və heç bir təhlükəli sursat aşkar olunmayıb.

Mirzəhaqverdili kəndi - kənd sakini Əbülfəz Zeynalovun həyətinə baxış keçirilib və düşən sursatın tam partlamış olması müəyyən edilib.

Ağdam rayonu

Təzəkənd kəndi - kənd sakini Malik Əliyevin həyətinə baxış keçirilib. Baxış zamanı həyətdəki tikilinin küncündə 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Ərazidə 800 kv.m həyətyanı sahə yerüstü yoxlanılıb. Kəndin ərazisində əlavə sursat aşkar edilməyib.

Orta Qərvənd kəndi - 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Həmin sursatın ətrafinda 1100 kv.m əraziyə yerüstü baxış keçirilib.

Çıraqlı kəndi - 2 evə top mərmisi düşərək partlayıb.

Mahrızlı və Zəngişalı kəndləri - 7 evə düşən qrad mərmilərinin yeri yoxlanılıb və raketlərin partlamış hissələri 1.5-2.5 metr dərinlikdən çıxarılıb.

Ümumilikdə, Ağdam rayonunun 5 kəndində (12 ərazidə) tək sursat əməliyyatı aparılıb, 2 ədəd 122 mm-lik partlamamış top mərmisi götürülərək zərərsizləşdirilib. 2 top mərmisi və 7 ədəd qrad mərmisinin düşdüyü ərazi yoxlanılıb və sursatların qalıqları çıxarılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 52 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbinin ərazisinə düşən 47 ədəd BM-21 qrad raketi və 16 ədəd top mərmisinin düşüb partladığı ərazilər yoxlanılıb və sursatların qalıqları çıxarılıb. 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA-nın xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>