Rusiyada DƏHŞƏT: 2 tibb bacısı öldürüldü, 3 xəstə hərbçi itkin düşdü
Bizi izləyin

Hadisə

Rusiyada DƏHŞƏT: 2 tibb bacısı öldürüldü, 3 xəstə hərbçi itkin düşdü

Gecə saatlarında Rusiyanın Peterburq şəhərindəki hərbi hospitalın psixiatriya şöbəsində iki tibb bacısı qətlə yetirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Xəbərdə bidirilib ki, onların meyiti iş yerində aşkar edilib.

Məlumata görə, həmin şöbədən gecə saatlarında 3 hərbçi də itkin düşüb və hazırda onlar axtarılır. Axtarılanlardan biri Mojaysk adına Hərbi-Kosmik Akademiyanın tələbəsidir.

Rusiya Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm