• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bakıda qadın biznesmen tutuldu

  • Hadisə
  • 12 Aprel 2016 12:42
  • 947 Baxış
Bakıda qadın biznesmen tutuldu

"Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı xəbər yayıb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Mətanət Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Anar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>