Bakıda Hollandiya vətəndaşı intihar edib
Bizi izləyin

Hadisə

Bakıda Hollandiya vətəndaşı intihar edib

Bakıda intihar hadisəsi baş verib. Xarici ölkə vətəndaşı yaşadığı mənzildən özünü ataraq intihar edib.

Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonu M.Muxtarov küçəsində yerləşən 16 mərtəbəli binada baş verib.

Hollandiya və Özbəkistan vətəndaşı olan 1961-ci il təvəllüdlü Kenidus Ronaldus Bernardur Antonius kirayə yaşadığı mənzilin eyvanından özünü yerə ataraq intihar edib. İntiharın səbəbi məlum deyil.

Yasamal Rayon Polis İdarəsində intihar hadisəsi ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm