Qubada 15 yaşlı qız özünü kanalda boğdu
Bizi izləyin

Hadisə

Qubada 15 yaşlı qız özünü kanalda boğdu

Aprelin 19-da Qubada bədbəxt hadisə baş verib.

ANS-in məlumatına görə, Qubanın Barlı kənd sakini, 15 yaşlı Güldanə Vaqif qızı Tağıyeva özünü kanala atmaqla intihar edib.

Verilən məlumata görə, Güldanə özünü kəndlərinin yaxınlığından keçən Samur-Abşeron kanalına atıb. Faktı FHN-nin Xaçmaz şimal regional mərkəzindən təsdiq ediblər. Mərkəzdən bildirildi ki, bu barədə saat 19:54-də məlumat daxil olub.

Hazırda nazirliyin şimal dalğıc qrupunun axtarış qrupu məktəbli qızın cəsədinin tapılması istiqamətində axtarışlara başlayıb. Quba polisi də faktın araşdırılmasına başlayıb. 15 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Analoji hadisə ötən il Bakıda baş verib. 15 yaşlı qız intihar edib. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binə qəsəbəsində, Nizami Abbasov küçəsi, döngə 5, ev 10 da qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nigar Rasim qızı Əsədova yaşadığı evin həyətində özünü turnikdən asaraq intihar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm