Gədəbəydə qadın bıçaqlanıb
Bizi izləyin

Hadisə

Gədəbəydə qadın bıçaqlanıb

Gədəbəydə bıçaqlanma faktı qeydə alınıb.

Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Şınıx kəndində baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 49 yaşlı Rəfiqə Həsənova təcili tibbi yardım avtomobili ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib.

Həkimlərin müayinəsi zamanı qadının bədəninə kəsici-deşici alətlə xəsarət yetirildiyi aşkarlanıb.Yaralı dərhal əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm