FHN mənzildə qalan 3 azyaşlını xilas etdi
Bizi izləyin

Hadisə

FHN mənzildə qalan 3 azyaşlını xilas etdi

Bakı şəhəri, Xətai rayonunda 3 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm